Kosta-Rika millisinin üzvü rəsmən Azərbaycan klubunda

15:25 - 21 Yanvar 2014

Mardiqalla "İnter"də
 
"İnter" yeni ildəki ilk transferini rəsmiləşdirib.
 
Sportal.az xəbər verir ki, paytaxt klubu kosta-rikalı yarımmüdafiəçi Dieqo Madriqalla anlaşıb. 
 
"Bankirlər"in yeni futbolçusu ötən gün uğurla tibbi müayinədən keçib. 25 yaşlı xavbeklə iki illik müqavilə imzalanıb. 
 
Qeyd edək ki, Mardiqal Kosta-Rikanın bir neçə klubu ilə yanaşı, ölkəsinin yığma komandalarının da şərəfini qoruyub.

Xəbər xətti