Millimizin futbolçusu komandasından qoyuldu

18:14 - 21 Yanvar 2014

"Mən onlarla şəxsən söhbətləşdim"
 
Almaniyanın "Hannover" klubunun yarımmüdafiəçisi Əli Gökdəmir əsas komandadan uzaqlaşdırılıb.
 
Sportal.az xəbər verir ki, komandanın yeni baş məşqçisi Tayfun Korkut Azərbaycan millisində də çıxış edən futbolçunun xidmətindən imtina edib. 
 
Türkiyəli mütəxəssis Gökdəmirlə yanaşı Adrian Niçkini də əsas heyətdən uzaqlaşdırıb. Onlar bundan sonra ikinci komandada çıxış etməli olacaqlar:
 
"Mən bu qərarı Türkiyə toplanışının yekunlarına əsasən çıxardım. Bununla əlaqədar Adrian və Əli ilə şəxsən söhbətləşdim".

Xəbər xətti