"İnter"in rəqibinə yazığı gəlmədi

18:33 - 21 Yanvar 2014

Oyunda 7 qol vuruldu
 
Məlumat verdiyimiz kimi, "İnter"in əvəzedici komandası hazırda "Şəfa" stadionunda təlim-məşq toplanışı keçirir.
 
Sportal.az xəbər verir ki, bu gün komanda toplanış çərçivəsində dörüncü yoxlama görüşünə çıxıb. "Şəfa" stadionunda baş tutan oyunda “İnter” MOİK klubu ilə üz-üzə gəlib və bu qarşılaşma 6-1 hesablı qələbə qazanıb. “İnter”in heyətində Amil Atakişiyev üç qolla fərqlənib, Bilal Qənbərov iki topun müəllifi olub, Fərhad Budaqov isə rəqibi bir dəfə məyus edib.
Qeyd edək ki, toplanış çərçivısində baş tutacaq sonuncu yoxlama oyun ayın 24-də baş tutacaq. Həmin matçda "İnter" "Şuşa" ilə qarşılaşacaq.

Xəbər xətti