Millimizdən növbəti faciəvi hesab VİDEO

00:55 - 22 Yanvar 2014

Türkiyənin yığma komandamıza yazığı gəlmədi
 
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Manisa şəhərində təşkil olunmuş “2014 Mercedes-Benz Ege Kuboku” turnirində bu gün ikinci oyununu keçirib. 
 
Sportal.az xəbər verir ki, Türkiyə komandası ilə qarşılaşan yığmamız 1:7 hesabı ilə məğlub olub. Komandamızın oyundakı yeganə qolunu Qara Qarayev vurub. Yığmamız “2014 Mercedes-Benz Ege Kuboku” turnirinin qrup mərhələsində sonuncu oyununu yanvarın 23-də, Bakı vaxtı ilə saat 14:00-da Ukrayna komandasına qarşı keçirəcək.

Xəbər xətti