Sxadadze:"Diyeqo Madriqal artıq "İnter"in futbolçusudur"

02:12 - 22 Yanvar 2014

"İnter" hazırda Türkiyədə  təlim-məşq toplanışı keçirir
 
Paytaxt klubu axşam saatlarında məşq etdi.
 
Sportal.az xəbər verir ki, məşqdən sonra Kaxaber Sxadadze klubun rəsmi saytına açıqlama verdi ki, komanda sabah növbəti yoxlama matçına çıxacaq. "İnter"in qarşılaşacağı rəqibin adı hələlik məlum deyil. Baş məşqçi komandaya yeni futbolçu transfer olunduğunu da açıqladı. Kosta-Rikadan olan Diyeqo Madriqal ilə ikiillik müqavilə imzalandığını bildirən K.Sxadadze yeni hucumçunun artıq komandayla məşq etdiyini də vurğuladı.
Əlavə edək ki, yoxlama matçı Bakı vaxtıyla saat 18.00-da başlayacaq.

Xəbər xətti