"Qəbələ"də ciddi itki:Subotiç, Ebesilio və Kalabane məşqdə iştirak etmədi

02:35 - 22 Yanvar 2014

Komanda hazırlığını davam etdirir
 
2013-2014 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 16-cı gününü 1 məşqlə yekunlaşdırıb.
 
Sportal.az xəbər verir ki, Yuri Syominin başçılığı altında günün ikinci yarısında baş tutan məşqdə komanda toplu və topsuz çalışmalar, müxtəlif fiziki təmrinlər yerinə yetirib.  Günə ikitərəfli oyunla yekun vurulub. Zədəsi sağalan Amit Quluzadə komanda ilə məşqlərə qoşulub. Sadiq Quliyev və Rail Məlikov komandadan ayrı çalışıb. Azərbaycanın U-21 yığmasının düşərgəsində yer alan Elvin Camalov və Ürfan Abbasov, zədəli olan Daniel Subotiç, Ebesilio və Omar Kalabane məşqdə iştirak etməyib.

Xəbər xətti