“Fənərbaxça” - “Neftçi” oyununun nəticəsi sizi yanıltmasın"

16:12 - 22 Yanvar 2014

Mehmet Ak:"İstanbul klubu asanlıqla qələbə qazanardı!"
 
“Neftçi” və “Qarabağ”ın sabiq məşqçisi Mehmet Ak Türkiyə telekanallarından birinə müsahibəsində “Fənərbaxça” - “Neftçi” oyununun qolsuz bərabərliyi haqda şərh verib.
 
Sportal.az xəbər verir ki, Ak bunları söyləyib:
 
“Fənərbaxça” - “Neftçi” oyununun nəticəsi sizi yanıltmasın. Bu, rəsmi görüş olsaydı, İstanbul klubu asanlıqla qələbə qazanardı. Əminəm ki, bu klubların 100 oyunundan 99-da "Fənərbaxça" 99-da üstün olar. Komandaların səviyyə fərqi var. Bu fərq, gözəçarpandır. Ancaq “Neftçi”nin oyunçularının köklənməsi bu oyunda sadəcə fövqəladə id.Həmdə həmin günlər "Fənərbaxça"nın çox yorğun olduğu günlər idi”.

Xəbər xətti