Vaqif Sadıqov:"Çertaqanov yaxın günlərdə komandaya qoşulacaq" MÜSAHİBƏ

16:32 - 22 Yanvar 2014

"Fərid Quliyev baxışa gəlməyib"
 
AZAL-ın baş məşqçisi Vaqif Sadıqovun Sportal.az-a müsahibəsi
 
- Hazırlıqlarınız necə gedir?
- Bu gün növbəti yoxlama oyunumuz çıxacağıq, "Araz Naxçıvan"la qarrşılaşacağıq. İki müxtəlif heyət meydana buraxacam, baxışda olan futbolçular haqqında qərarımı verəcəm.
 
- Komandaya çoxlu sayda futbolçu baxışa gəlib. Bəyəndiyiniz olub?
- Hələlik heç kimlə müqavilə imzalamamışıq. Ayın 24-dən sonra konkret müqavilə imzlaycağıq. Hələ də bir neçə futbolçunu sınaqdan keçirib, yoxlama oyunlarında şans verməyi fikirləşirəm. Amma onu da deyim ki, gələnlərin çoxunu geri göndərmişəm.
 
- Komandanın hansı mövqeyinə futbolçu lazımdır?
- Mən həmişə bildirirdim ki, hücumu gücləndirmək lazımdır. Amma qış fasiləsində komandadan beş futbolçu ayrıldı, onların boşluğunu doldurmağa çalışırıq. Bir cinah müdafiəçisi, dayaq yarımmüdafiəçisi və hücumçu komandaya mütləq lazımdır. Geridə qalan müddətdə bir hücumçumuz var idi, oda mövsümdə zədələnmişdi.
 
- Fərid Quliyev hal-hazırda komandada baxışdadır?
- Xeyr.
 
- Bəs komandaya gələcəyi gözlənilirdi..
- O, sadəcə Türkiyədə olanda mənimlə əlaqə saxlayıb demişdi ki, AZAL-ın heyətinə baxışa gəlmək istəyirəm, mən də razılaşmışdım. Ancaq hələlik gəlməyib.
 
- Əldə etdiyimiz məlumata görə, artıq Aleksandr Çertaqanov da sizə qoşulacaq. Bu məlumat nə dərcədə doğrudur?
- Bəli, onun bu günlərdə baxışa gələcəyi gözlənilir. Onun haqqında da 3 gün baxışdan keçirəndən sonra son qərarımı verəcəm.
 
- Bayaq bildirdiniz ki, ayın 24-dən sonra artıq heyəti formalaşdırmağa başlayacqsınız. Bu müddətdən sonra cəmi bir həftə vaxtınız qalacaq, bu müddət az deyil ki?
- Bizim də işimiz budur, hələlik tam heyət formalaşdırmamışam. Heyətə kimlərin cəlb olunacağı hələ tam dəqiq deyil, bu məlum olduqdan sonra sırf komandanı müəyyənləşdirb daha yaxşı vəziyyətə gətirməyə çalışacam.
 
Yusif HÜSEYN

Xəbər xətti