"Qarabağ" bu dəfə məğlub oldu

21:36 - 22 Yanvar 2014

Ağdam təmsilçisi üstünlüyü sona qədər qoruya bilmədi
 
Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu bu gün növbəti yoxlama matçına çıxıb.
 
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi hazırda Albaniya yüksək liqasının beşinci pilləsində qərarlaşan "Flamutari" klubu ilə qarşılaşıb. Qarşılaşmada "Qarabağ" 24-cü dəqiqədə Reynaldonun qolu ilə hesabı açsa da, bu üstünlüyünü sona qədər qoruya bilməyib. Görüş Albaniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 
Qeyd edək ki, Qurban Qurbanovun komandası ilk yoxlama oyununda Rumıniyanın "Dinamo" (Buxarest) klubu qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Təmsilçimizin digər oyunları yanvarın 23-ü və 25-də baş tutacaq.

Xəbər xətti