"Qəbələ" "Volqa" ilə bacarmadı

23:14 - 22 Yanvar 2014

Oyun başladığı kimi başa çatdı
 
Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyunu keçirib.
 
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” bu dəfə  Rusiya Premyer Liqası təmsilçisi “Volqa” ilə qarşılaşıb. Matç ərzində heç bir komanda fərqlənə bilmədiyi üçün oyun qolsuz bərabərliklə başa çatıb - 0:0.
 
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl “Maltəpəspor” (1:1), “Tobol” (2:1), “Konyaspor” (2:4) və Semey “Spartak”ı (1:1) ilə qarşılaşıb.

Xəbər xətti