Millimiz Serbiyaya dərs keçdi

13:37 - 23 Yanvar 2014

Yığma komandamızdan böyük hesablı qələbə
 
Serbiyanın paytaxtı Belqradda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib. 
 
Sportal.az xəbər verir ki, Avro-2014-ün final mərhələsinə hazırlaşan komandamız Serbiya yığması ilə üz-üzə gəlib.
 
Kovilovo İdman Mərkəzində baş tutan qarşılaşma yığmamızın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Rafael Durval 2,  Fernandes da Silva Amadeu və Vitali Borisov hərəyə bir qol vurublar.

Xəbər xətti