"Qarabağ"dan növbəti transfer VİDEO

14:05 - 23 Yanvar 2014

Ağdam təmsilçisində ikinci gürcü
 
"Qarabağ" bu qış fasiləsində ilk transferini rəsmiləşdirir. 
 
Sportal.az xəbər verir ki, Ağdam klubu gürcü hücumçu Djaba Dvali ilə müqavilə imzalayır. 
29 yaşlı hücumçu artıq bu gün yeni komandasının düşərgəsinə qoşulacaq.
 
Qeyd edək ki, Dvalinin son klubu Tiflis "Dinamo"su olub. Azərbaycanlı azarkeşlər isə Dvalini 2012-ci ildə "Neftçi" ilə qarşılaşmış "Zestafoni"dən yaxşı xatırlaya bilər.

Xəbər xətti