Həmyerlimiz Qırğızıstan yığması ilə toplanışda iştirak etdi

14:22 - 23 Yanvar 2014

İlqar Nəbiyev:"Hər üç oyunda forma geyindim"
 
Xəbər verdiyimiz kimi, Litvanın "Tauras" klubunda forma geyinən İlqar Nəbiyevin Qırğızıstan yığmasına dəvət alması xəbərini vermişdik.
 
Futbolçu yığma komanda ilə birlikdə Küveytdə 14 günlük toplanışda oldu və həmin toplanış haqqında fikirlərini Sportal.az-a açıqladı.
 
"Gündə üç dəfə məşq edirdik, dəniz kənarında, topla və trenajor zalında. Toplanış zamanı üç yerli klubla yoxlama oyunu keçirdik, hər üç oyunda forma geyindim. Toplanış fiziki cəhətdən yaxşı keçdi, əlavə güc topladıq. Növbəti toplanışımız fevral ayının sonlarında baş tutacaq. Yəqin ki, toplanışa dəvət olunacam. Çalışacam ki, mənə göstərilən etimadı boşa çıxarmayım".

Xəbər xətti