Samir Məsimov rəsmən "Neftçi"də

14:31 - 23 Yanvar 2014

Gənc futbolçu üç illik müqavilə imzaladı
 
Mövsümün ikinci yarısına hazırlığı Türkiyənin Antalya şəhərində davam etdirən “Neftçi” PFK heyətinə yeni futbolçu cəlb edib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" Rusiyanın “Lokomotiv” klubunun yetirməsi olan Samir Məsimovla 3 il yarım müddətinə müqavilə bağlayıb. 2010/2011-ci illər mövsümünü Moskva “Spartak”ının heyətində keçirmiş hücumçu 19 yaşadək Azərbaycan yığmasının da üzvüdür. 18 yaşlı futbolçu U-19-un heyətində 3 oyun keçirib.

Xəbər xətti