"Zarafat edib futbolçuları güldürməyi xoşlayıram" MÜSAHİBƏ

16:42 - 23 Yanvar 2014

"Bu oyunların hamısında qələbəyə layiq oyun göstərdik"
 
"Simurq"un futbolçusu Anderson de Oliveyranın Sportal.az-a müsahibəsi
 
- Hazırlıqlarınız necə gedir?
- Hər şey qaydasındadır, verilən proqram üzərində çalışırıq. Hava şəraiti də məşq üçün yaxşıdır. Məşqlər bir az ağır olur, bu da bizim üçündür ki, çempionada fiziki cəhətdən əziyyət çəkməyək.
 
- Artıq üç yoxlama oyunu oynamısınız. Bu oyunlar haqqında təəssüratların necədir?
- Hər üç oyun olduqca maraqlı alındı, bu oyunlar bizim çempionatda yaxşı oyun göstərməyimiz çox kömək edəcək. Rəqiblərimiz də həqiqətən güclü rəqiblər idi. Bu oyunların hamısında qələbəyə layiq oyun göstərsə də, yalnız birində qələbə qazandıq.
 
- Fasilədən sonra necə "Simurq" görəcəyik?
- İlk iki dövrədəki "Simurq"un daha yaxşısını. Biz burada fiziki cəhətdən çox güclənmişik və fasilədən sonra da daha yaxşı nəticələr əldə edəcəyik.
 
- Geridə qoyduiğumuz mövsümdə komandada ən yaxşılardan biri də sən idi. Öz oyununu necə dəyərləndirirsən?
- Mövsümə komanda olaraq elə də yaxşı başlaya bilmədik, bəzən zədəlilərimiz oldu. Ancaq mövsüm komanda üçün uğursuz alınmadı. Qaldı ki, mənim oyunuma, fikirləşirəm ki, ən yaxşı oyunumu sərgiləyə bildim. Fasilədən sonra da buindan daha yaxşısını etməyə çalışacam.
 
- “Simurq” rəhbərliyi tərəfindən sizə bu mövsümdə hansı məqsəd qoyulub?
- Biz növbəti mövsüm üçün Avropada oynamağı planlaşdırırıq. Bu bizim qarşımızdakı hədəfdir. Bu mövsüm nəyin bahasına olursa olsun, ilk dördlükdə yer almalıyıq.
 
- Dünən sosial şəbəkədə iplə asılmış bir şəkil paylaşdın. Ölkəmizdə son günlərdə baş verən intihar hadisələrinə görə paylaşmışdın?
- Yox, bunu belə bir məqsədlə etməmişdim. Biz çimərlikdə gəzərkən o yeri gördük və bunu sırf əylənmək  üçün etdim. Bu şəklin mətbuatın gündəminə gələcəyini bilmədim. Ümumiyyətlə, zarafat edib  futbolçuları güldürməyi xoşlayıram.
 

Xəbər xətti