"Sumqayıt" aşağı dəstə təmsilçisinə məğlub oldu

00:06 - 24 Yanvar 2014

"Şahdağ" səfərdən qələbə ilə qayıtdı
 
Dünən “Sumqayıt” hazırlıq çərçivəsində növbəti yoxlama oyununa çıxıb.
 
Sportal.az klub saytına istinadən xəbər verir ki, “kimyaçılar” Birinci divizion təmsilçisi Qusarın “Şahdağ” komandası ilə qarşılaşıb.
 
Oyun Qusar təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 
Xatırladaq əvvəlki yoxlama oyunlarında “kimyaçılar” “Rəvan” (0:0), “Araz-Naxçıvan” (0:1) və AZAL (2:1) ilə qarşılaşmışdı.

Xəbər xətti