"Qəbələ" Küveyt millisinə qalib gəldi

00:17 - 24 Yanvar 2014

Oyunun taleyini 1 qol həll etdi
 
Mövsümün ikinci yarısının hazırlıqlarını Antalyada davam etdirən "Qəbələ"nin əvəzedicilər komandası toplanış çərçivəsində ikinci yoxlama oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, ilk matçda Rusiya təmsilçisi "Lokomotiv"lə (0:2) üz-üzə gələn "qırmızı-qaralar" bu dəfə Kuveytin U-21 millisi ilə münasibətlərinə aydınlıq gətirib. Matç "qırmızı-qaralar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə qolu Murad Musayevin aktivinə yazılıb. O, matçın 21-ci dəqiqəsində penalti vuruşundan fərqlənib. Xatırladaq ki, "Qəbələ" matçın ilk hissəsində əvəzedici heyətlə, ikinci hissədə isə U-19 komandası ilə meydançaya çıxıb.
Luis Araqonun yetirmələri növbəti oyununu sabah "Antalyaspor"un U-19 komandasına qarşı keçirəcək.

Xəbər xətti