"Qəbələ" itkilərlə hazırlaşır

10:05 - 24 Yanvar 2014

Komanda dünən növbəti məşqinə çıxıb
 
Hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 18-ci gününü 1 məşqlə yekunlaşdırıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki,, Yuri Syominin başçılığı altında günün birinci yarısında baş tutan məşqdə komanda toplu və topsuz çalışmalar, müxtəlif fiziki təmrinlər yerinə yetirib.  
 
Sadiq Quliyev və Rail Məlikov komandadan ayrı çalışıb. Azərbaycanın U-21 yığmasının düşərgəsində yer alan Elvin Camalov və Ürfan Abbasov, zədəli olan Daniel Subotiç, Ebesilio və Omar Kalabane məşqdə iştirak etməyib.

Xəbər xətti