Jaba Dvali: "Gelaşvili mənə çox şey danışmışdı"

12:02 - 24 Yanvar 2014

"Qarabağ"ın əsas heyətində oynamaq üçün rəqabət aparmaq lazım gələcək"
 
“Qarabağ”a gəlməyimdə Nikolas Gelaşvilinin təbii ki, rolu olub. O, mənə Azərbaycan çempionatı və komanda haqda çox şey danışıb”.
 
Bu sözləri Sportal.az-a açıqlamasında “Qarabağ”ın Tiflis “Dinamo”sundan icarəyə götürdüyü Jaba Dvali deyib. Gürcü futbolçu rəqabətə hazır olduğunu açıqlayıb:
 
“Bilirəm ki, premyer-liqa Gürcüstan birinciliyindən güclü çempionatdı. “Qarabağ”ın əsas heyətində oynamaq üçün isə rəqabət aparmaq lazım gələcək. Sağlam rəqabətə həmişə hazıram. “Qarabağ”ın oyun üslubu ürəyimcədi. Bu mənə tez uyğunlaşmaq baxımından faydalı olacaq”.
 
2012-ci ilin yayında “Zestafoni”nin heyətində “Neftçi”yə qarşı oynayan Jaba hər ikisində 90 dəqiqə forma geyindiyi matçları xatırlayıb:
 
“Çempionlar Liqasında ilk cəhddəcə mübarizəni dayandırmaq istəmirdik. “Neftçi”yə ilk oyunda 0:3 hesabıyla uduzanda isə cavab oyunu formal qarşılaşmaya çevrildi. Birinci görüşdə sanki həyəcanlı idik və bu cütün taleyini müəyyənləşdirdi. Evdə yaxşı startla diqqət çəkdik. 2 erkən qol vurduq (2-ci qolu oyunun 17-ci dəqiqəsində Dvali özü vurmuşdu-red.). Ancaq “Neftçi”nin qaradərili futbolçusunun fərqlənməsi  (Julius Vobay – red.), belə desək ümidləri dəfn etdi. Sonradan daha bir top buraxdıq və qismətimiz bərabərlik oldu".

Xəbər xətti