Yığmamızdan ikinci qələbə

13:10 - 24 Yanvar 2014

Serbiya yenə darmadağın oldu
 
Serbiyanın paytaxtı Belqrad şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, Serbiya yığması ilə qarşılaşan millimiz 3:0 hesabı ilə qələbə qazanıb. Komandamızın heyətində Amadeu, Vitali Borisov və Rəcəb Fərəczadə gərqlənib.
 
Qeyd edək ki, bu komandalar arasında yanvarın 22-də keçirilmiş yoldaşlıq oyunu da millimizin xeyrinə yekunlaşmışdı - 4:1.

Xəbər xətti