"Sumqayıt"da azarkeş etirazı:"Çıxar bunu at bayra da..."

01:49 - 25 Yanvar 2014

"XL"in sabiq futbolçusu azarkeşləri özündən çıxardıb
 
Dünən keçirilən “Şahdağ” – “Sumqayıt” matçında diqqətimizi çəkən bir məqam “Xəzər Lənkəran”dan qovularaq, “Sumqayıt”a qayıdan Uğur Pamukla bağlıdı.
 
Sportal.az xəbər verir ki, artıq çəkisi olan, ayağı top tutmayan və meydançada olduğu müddətdə heç nə ilə yadda qalmayan  türk futbolçunun oyunu yerli azarkeşlərin də səbr kasasını daşdırdı.
 
Onun növbəti səhvindən sonra özünü saxlaya bilməyən azarkeşlərdən biri baş məşqçi Aqil Məmmədova xitabən “çıxart bunu at bayra da görmürsən dalını tərpədə bilmir” ifadəsini ünvanladı. Futbolçunun bərbad oyununu görən Məmmədov da bir neçə dəqiqə sonra Pamuku Ruslan Nəsirli ilə əvəzlədi.
 
rekord.az

Xəbər xətti