"Qəbələ" itkilərlə hazırlaşır

12:00 - 25 Yanvar 2014

Subotiç məşqlərə başladı
 
Cari mövsümün hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 19-cu gününü 2 məşqlə yekunlaşdırıb. 
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Yuri Syominin başçılığı altında baş tutan məşqlərdə komanda toplu və topsuz çalışmalar, müxtəlif fiziki təmrinlər yerinə yetirib.  Sadiq Quliyev, Daniel Subotiç və Rail Məlikov komandadan ayrı çalışıb. Azərbaycanın U-21 yığmasının düşərgəsində yer alan Elvin Camalov və Ürfan Abbasov, zədəli olan Ebesilio və Omar Kalabane məşqdə iştirak etməyib.

Xəbər xətti