"Qarabağ"ın düşərgəsindən son xəbərlər

00:08 - 26 Yanvar 2014

Komanda bu gün vətənə qayıdır
 
Çempionatımızın lideri Antalyada təlim-məşq toplanışını başa vuraraq sabah geri qayıdır.
 
Sportal.az-ın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, komanda hal-hazırda bir futbolçunu heyətə qatmaq üçün çalışır.
 
Bufutbolçu əslən azərbaycanlı olan Dmitri Nağıyevdir. O, hazırda Ukraynanın "Dnepr"in ikinci komandasında forma geyinir. Baxışa gələn futbolçu sonrada Ukraynanın 21 yaşlılardan ibarət millisinin təlim-məşq toplanışında iştirak etmək üçün ölkəsinə yollanıb. Hələlik futbolçu haqqında son qərar verilməyib, amma əldə etdiyimiz məlumata görə, baş məşqçi Qurban Qurbanov futbolçunu bəyənib və yaxın günlərdə rəsmən müqavilə imzalanacaq.

Xəbər xətti