Baş tutmayan oyun məşqlə əvəzləndi

13:34 - 26 Yanvar 2014

"Qəbələ" günü boş keçirmədi
 
2013/14 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 20-ci gününü 2 məşqlə yekunlaşdırıb.
 
Sportal.az xəbər verir ki, ötən gün Rusiyanın "Torpedo" klubu ilə qarşılaşmalı olan "qırmızı-qaralar" güclü yağış səbəbindən sözügedən rəqiblə üz-üzə gələ bilməyib. 
 
Bu səbəbdən komanda günün ilk yarısında fitnes salonda hazırlıq prosesini davam etdirib. Günün ikinci yarısında isə "Qəbələ" məskunlaşdığı otelin süni örtüklü meydançasında məşq edib. Güclü yağış altında baş tutan məşq prosesində komanda əsasən toplu çalışmalar yerinə yetirib.

Xəbər xətti