"Böyükağa Hacıyev mənə şans verəcəyini bildirib" MÜSAHİBƏ

14:02 - 26 Yanvar 2014

Elşən Abdullayev:"Fasilədən sonra “Neftçi” öz gücünü hamıya görsədəcək"
 
"Neftçi"nin gənc futbolçusu Elşən Abdullayevin Sportal.az-a müsahibəsi
 
- Hazırlığınız necə gedir?
- Hər şey planlaşdırılmış şəkildə davam edir. 3 gün milli komanda ilə təlim-məşq toplanışında olduğum üçün məşqlərdə iştirak etmədim. Artıq yenidən komanda ilə birlikdəyəm.
 
- Komandanızda baş məşqçi dəyişikliyi oldu, Bu dəyişiklik komandaya necə təsir etdi?
- Böyükağa Hacıyevin qayıtması ilə komanda əvvəlki gücünü bərpa edəcək. Bu dəyişiklik məncə, komandaya yaxşı təsir göstərəcək.
 
- Böyükağa Hacıyev digər məşqçilərdən nə ilə seçilir ki?
- İlk olaraq, o komandanı daha yaxından tanıyır və hər bir oyunçunu oyuna yaxşı kökləyə bilir. Ümumiyyətlə, komandanı yaxşı motivasiya edir.
 
- Komandanız olduqca geniş heyətə malikdir. Əsas heyətə düşmək sənin üçün çətin olmayacaqki?
- Mən var-gücümlə çalışacam ki, əlimdən gələni edim heyətə düşüm. Bu barədə Böyükağa müəllimlə də söhbətimiz olub, o da mənə şans verəcəyini söyləyib.
 
- “Neftçi”in çempionluq şanslarını necə dəyərləndirirsən?
- Hələ heç nə itirilməyib. Fasilədən sonra “Neftçi” öz gücünü hamıya görsədəcək və 4-cü dəfə ardıcıl çempion olacağıq.
 
- Çempionatda “Neftçi”yə ən güclü rəqib kimi sayırsan?
- Bütün rəqiblərə hörmət edirik və heç birini ayırd etmək istəmirəm.
 
Yusif HÜSEYN

Xəbər xətti