"Neftçi" Antalyanı məğlub şəkildə tərk edir

00:01 - 27 Yanvar 2014

Flaqman bu gün vətənə qayıdır
 
“Neftçi” PFK Türkiyə təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, təmsilçimiz Polşanın “Şlonsk” klubu ilə qarşılaşıb. 48-ci dəqiqədə Elvin Yunuszadə hesabı açsa da, görüş “ağ-qaralar”ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
 
Qeyd edək ki, bundan əvvəlki yoxlama oyunlarında “Partizani” (Albaniya) və “Tobol” (Qazaxıstan) klublarını məğlub edən (uyğun olaraq 2:0 və 4:2) “Neftçi” “Fənərbaxça” (Türkiyə) və “Metallurq”la (Zaporojye, Ukrayna) heç-heçə oynamışdı – 0:0.

Xəbər xətti