Böyükağa Hacıyev: "Qoy bizi də məğlub etsinlər..."

00:17 - 27 Yanvar 2014

"Gəncləri yoxlama oyununda da sınamayıb, nə vaxt sınayacam?"
 
"Neftçi” PFK-nın baş məşqçisi Böyükağa Hacıyev Polşanın “Şlonsk” klubu ilə keçirilən yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlama verib.
 
Sportal.az xəbər verir ki, mütəxəssis bunları dilə gətirib:
 
"Təlim-məşq toplanışında son oyunumuz idi. Buna görə əsasən gəncləri sınamaq istəyirdim. Nəticənin önəmli olmadığı bir görüşdə demək olar ki, gənclərin hamısına şans verdim. Nəticə bizi narahat eləmir, buna görə məyus deyilik, çünki bu bir yoxlama oyunu idi. Gəncləri yoxlama oyununda da sınamayıb, nə vaxt sınayacam?! Biz təlim-məşq toplanışının yekunlarından nəticə çıxarıb, səhvlərimiz üzərində işləyəcəyik. Rəqibə gəlincə, “Şlonsk” yaxşı komandadır. Qoy bizi də məğlub etsinlər, yalnız yoxlama oyunlarında. “Neftçi”ni rəsmi matçlarda fərqli oyun göstərib, qələbə qazanacaq".

Xəbər xətti