Türkiyə Superliqası:"Qalatasaray" səfərdə büdrədi

01:28 - 27 Yanvar 2014

"Sivasspor" 3 xalı üç qolla qazandı
 
Türkiyə Superliqasında 18-ci turun növbəti oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, üçüncü oyun günündə daha 4 qarşılaşma baş tutub.
 
"Sivasspor" öz meydanında "Kayserispor"a qalib gəlib - 3:0. "Antalyaspor" səfərdə "Erciyespor"u üstələyib - 2:1. 
 
"Elazığspor" doğma meydanda "Akhisar"a üzərində qələbə qazanıb - 2:1.
 
"Qaziantepspor" - "Qalatasaray" oyununda isə qapılara qol vurulmayıb.
 
Qeyd edək ki, tura bu gün keçiriləcək "Fənərbaxça" - "Konyaspor" oyunu ilə yekun vurulacaq.
 
26 yanvar
Türkiyə Superliqası, 18-ci tur
 
"Sivasspor" - "Kayserispor"  3:0
Qollar: Aatif Şeşu, 51 , 61 , Erdal, 82
 
"Elazığspor" - "Akhisar"  2:1
Qollar: Yuce, 25, Yılmaz, 53 - Kisa, 73 
 
"Erciyespor" - "Antalyaspor"  1:3
Qollar: Öztekin, 78 - Tita,27, Vederson, 56, Şentürk, 90 
 
"Qaziantepspor" - "Qalatasaray"  0:0

Xəbər xətti