"Araz Naxçıvan" üçün şənbə günləri əlamətdar olacaq

15:55 - 28 Yanvar 2014

Səbəb Naxçıvan şəhərinə olan təyyarə reyslərindəki dəyişikliklərdir
 
“Araz Naxçıvan” klubu Peşəkar Futbol Liqasına müraciət edərək klubun I Divizionun ikinci dövrəsindəki ev oyunlarının həftənin şənbə gününə təyin olunması haqqında xahiş etmişdir.
 
Sportal.az xəbər verir ki, buna səbəb Naxçıvan şəhərinə olan təyyarə reyslərindəki dəyişikliklərdir.
 
Yuxarıda qeyd olunanları nəzərə alaraq “Araz Naxçıvan” klubunun I Divizionun ikinci dövrəsindəki ev oyunlarının həftənin şənbə gününə təyin olunması haqqında qərar qəbul edilmişdir.
 

Xəbər xətti