Millimizin qapıçısı "Sumqayıt"ı aldatdı

12:23 - 30 Yanvar 2014

Popoviçdən böyük saxtakarlıq
 
21 yaşlılardan ibarət yığma komandamızın qapıçısı Andrey Popoviçin "Sumqayıt"a transferi ilə bağlı xəbərlər yayılmışdı.
 
Sportal.az-ın əldı etdiyi məlumata görə, qapıçının "Sumqayıt"a keçidi baş tutmayıb. Belə ki, Popoviç Türkiyədə forma geyindiyi "Tavşanlı Linyitspor"la hələ 6 ay müqaviləsi var. Gənc əlcək ustası isə saxta transfer vərəqi düzəldədərək "Sumqayıt"a verərək, türk klubu ilə müqavilənin pozduğunu bildirib. Dünən müqavilə imzalanarkən bu transfer vərəqinin saxta olduğu aşkarlanıb və Andrey Popoviçlə yollar ayrılıb. O, yenidən "Tavşanlı Linyitspor"un heyətinə qayıdacaq.

Xəbər xətti