"Şəfa"da növbəti iclas keçirildi

14:50 - 30 Yanvar 2014

Komandanın direktoru məşqçilərlə görüşüb
 
Bu gün "Şəfa" stadionun mətbuat konfransı zalında "İnter" komandasının direktoru Natiq Məmmədov uşaq-gənclər futbol məktəbinin məşqçi heyəti ilə görüş keçirib.
 
Sportal.az xəbər verir ki, uşaq futbolunun inkişafının klubun prioritet vəzifələrindən biri olduğunu xüsusi vurğulayan Natiq Məmmədov rəhbərlik tərəfindən bundan sonra da məktəbə dəstək veriləcəyini bildirib.
 
Komandanın direktoru müxtəlif yaş qruplarında çalışan məşqçilərə tövsiyə və tapşırıqlarını verdi, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
 
UGFM-in inkişaf layihəsi üzrə meneceri Valentin Xodukin rəhbərliyin göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib və görüləcək işlər barədə qısa məlumat verib.
 
Sonra görüşdə bir sıra cari məsələlər müzakirə olunub.

Xəbər xətti