Syomin:"Onun ustalığına şübhəm olmayıb" MÜSAHİBƏ

21:17 - 30 Yanvar 2014

"O, mütləq mənə zəng edəcək"
 
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin 31 yaşlı yarımmüdafiəçi Marat İzmaylov haqda “Portu” ilə danışıqların artıq yekunlaşmaq üzrə olduğunu etiraf edib.
 
Sportal.az xəbər verir ki, o, bu barədə Rusiya mətbuatına müsahibəsində məlumat verib:
 
- İzmaylovun “Qəbələ”də peyda olmaq ehtimalı böyükdü. Mən “Portu”nun prezidentini yaxşı tanıyıram. O, Maratı maya qədər icarəyə götürməyimizə icazə verib. Hər şey yaxın vaxtlarda həllini tapacaq.
 
- Bəs ümumiyyətlə, İzmaylov variantı necə meydana gəldi?
- Mən həmişə Maratla münasibət saxlamışam. Onun agenti Paulu Barboza ilə tanışam. Bu, qarşılıqlı qərardı.
 
- Bəs İzmaylovun bu mövsüm demək olar ki, oynamaması sizi narahat etmir?
- Heç nə narahat etmir. İzmaylov rəhbərliyim altında oynayıb və hər şeyi çox yaxşı edib. Onun səviyyəsinə, ustalığına və düşüncəsinə mənim heç vaxt şübhəm olmayıb.
 
- Daha bir yetirməniz Diniyar Bilyaletdinov icarəyə getmək istəyir. O da “Qəbələ”də peyda ola bilər?
- Düşünürəm ki, Diniyarın geniş seçimi var. Əgər nəyəsə qərar versə, mütləq mənə zəng edəcək.

Xəbər xətti