"Hakimlər təzyiq etməsə, "Qarabağ" çempion olacaq" VİDEO

00:08 - 31 Yanvar 2014

"Klublara baş məşqçiləri Elxan Məmmədov təyin edir"
 
"İnterAz" televiziyasında "Arena" verilişinin növbəti buraxılışı efirə yayımlanıb.
 
Sportal.az xəbər verir ki, verilişdə klubların qış hazırlığına toxunulub, o cümlədən fasilədən sonra klubların necə təsir bağışlayacağı ilə bağlı müzakirələr aparılıb. Qonaq qismində yer alan rekord.az saytının redaktoru Anar Xanlarov "Xəzər-Lənkəran"ın uğursuz çıxışlarına toxunaraq bunları bildirib : "Xəzər-Lənkəran"ın bu il çempionatda nəsə uğur qazanacağı inandırıcı görünmür, indi klub bütün ümidlərini kuboka bağlamalıdır. Onu da deyim ki, komandanın uğursuz çıxışlarına görə, azarkeş stadiona gəlmir".
Verilişdə yer alan digər qonaq isə "Xəzər-Lənkəran"ın ilk marşının müəllifi, sevilən ifaçı Cavad Rəcəbov olub. O verilişdə elə həmin marşı da oxuyub, bundan əlavə həmin ifanın indi niyə "Xəzər-Lənkəran" stadionunda səslənməməsinə aydınlıq gətirib.

Xəbər xətti