Çempionatın oyunları təxirə salınır?

12:28 - 31 Yanvar 2014

PFL son qərarını sabah verəcək
 
Premyer Liqanın 19-cu turunun oyunlarının keçirilməsi sual altındadı.
 
Sportal.az xəbər verir ki, ölkə ərazisinə yağan qar qış fasiləsindən sonrakı ilk turun oyunlarının keçirilməsinə problem yaradıb. 
 
Peşəkar Futbol Liqası bu oyunların keçirilməsinə sabah qərar verəcək. Bunun üçün bütün stadionlara baxış keçiriləcək. Hava şəraiti və stadionların durumu oyunları keçirməyə imkan versə, o zaman təxirəsalma olmayacaq. Lakin hansısa görüşlərin təxirə salınması da istisna olunmur. 

Xəbər xətti