"Mən bir şeyi bilirəm ki, "Xəzər Lənkəran" əvvəlki komanda deyil"

15:16 - 31 Yanvar 2014

Qara Qarayev: "Çempionatımızda liderlik üçün savaşan komandaların sayı çoxdu"

 

"Bu hazırlıq dönəmini yaxşı keçirtiyimizi düşünürəm. Qayıtmağımıza bir gün qalmış "Volın"la oyunumuzun təxirə düşməsi, bizə pis təsir etdi. Çox istəyirdik ki, həmin yoldaşlıq matçında qüvvəmizi sınayaq."

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev deyib. Qarayev sabah "Xəzər Lənkəran"la qarşılaşacaqları oyuna da münasibət bildiri.

 

"Çempionatımızdda liderlik üçün savaşan komandaların sayı çoxdu. İtirilən hər bir xal bizə baha başa gələ bilər. Baxırıq ki, hər tur hansısa güclü komanda xal itirir, amma çempionun kimin olacağını demək hələ tezdi.

 

Mən bir şeyi bilirəm ki, "Xəzər Lənkəran" əvvəlki komanda deyil. Buna adım kimi əminəm. Mustafa Dənizlinin komandaya gəlməsi əlavə bir stimul yaradıb. Eşitdiyimizə görə yaxşı transferlər ediblər. Çox dramatik və maraqlı oyun olacaq. Biz də onlarla matça tamam başqa cür hazırlaşırıq."

Xəbər xətti