"Portu"nun futbolçusu rəsmən "Qəbələ"də FOTO

17:22 - 31 Yanvar 2014

İzmaylov 7 nömrəli forma ilə mübarizə aparacaq
 
"Qəbələ" İdman Klubunun peşəkar futbolçu Marat İzmaylovun icarə əsasında klubumuza keçidi üçün Portuqaliyanın "Portu" klubu və futbolçu ilə apardığı danışıqlar müsbət nəticələnib.
 
Sportal.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, rusiyalı futbolçu ilə 2014-cü ilin iyun ayının 30-dək müqavilə imzalanıb.
 
1982-ci ildə Moskvada anadan olan İzmaylov peşəkar futbolçu karyerasına 2000-ci ildə "Lokomotiv"in əvəzedici heyətində başlayıb. Moskva təmsilçisinin ikinci komandasında 18 oyun keçirən və 1 qola imza atan futbolçu qısa müddət sonra "Lokomotiv"in əsas heyətində debüt edib. "Dəmiryolçular"ın heyətində 7 il çıxış edən Marat bu müddət ərzində 2 dəfə Rusiya çempionluğu sevinci yaşayıb. 1 dəfə Rusiya Kubokuna, 2 dəfə isə Rusiya Superkubokuna sahib olub. 2007-ci ildən bu yana karyerasını Portuqaliyada davam etdirən İzmaylov "Sportinq" Lissabon (2007-2013) və "Portu"nun (2013) şərəfini qoruyub. Futbolçu "Sportinq"in heyətində 1 dəfə Portuqaliya Kubokunun, 2 dəfə isə Portuqaliya Superkubokunun qalibi olub. Marat Portuqaliya Çempionluğu sevincini isə ötən mövsüm "Portu"da yaşayıb. O, bu komanda ilə həmçinin ölkə Superkubokuna da sahib olub. 
 
35 dəfə Rusiya yığmasının formasını geyinən Maratın hesabında 2 qol var. 
  

Xəbər xətti