Kamran Ağayev rəsmən "Qəbələ"də FOTO

21:49 - 31 Yanvar 2014

Millimizin qapıçısı yeni klubunda
 
"Qəbələ" heyətini daha bir futbolçu ilə gücləndirib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev karyerasını "Qəbələ"də davam etdirəcək. Qapıçı ilə 1,5 illik müqavilə imzalanıb. 
 
1986-cı ildə anadan olan Ağayev futbolçu karyerasına 2003-cü ildə paytaxt təmsilçisi "Şəfa"da başlayıb. Kamran daha sonra "Turan" (2004-2006), "Xəzər-Lənkəran" (2006-2013) və "Bakı"nın (2013) şərəfini qoruyub. 

Xəbər xətti