"Qəbələ" 3-cü dəfə zirvədə

18:45 - 3 Fevral 2014

"Sumqayıt" - "Qəbələ" matçı nələrlə yadda qaldı?
 
2014-cü ilin ilk oyununda “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edən “Qəbələ”  Premyer Liqanın turnir cədvəlində ilk pilləyə yüksəldi.
 
Sportal.az gabalafc.az-a istinadən xəbər verir ki, Yuri Syominin yetirmələrini liderliyə daşıyan səfər qələbəsi bir sıra yubileylər və əlamətdar məqamlarla da yadda qaldı.
 
3-cü dəfə zirvədə
 
“Qəbələ” mövsümdə 3-cü dəfə turu zirvədə tamamladı. VII turda 1-ci pilləyə yiyələnən Yuri Syominin yetirmələri növbəti turda da mövqeyini qorumuşdu. IX turda liderliklə vidalaşan “qırmızı-qaralar” XIX turda yenidən turnir cədvəlinin ən yüksək pilləsinə qayıtdı.
 
İki debütant
 
XIX turun matçında “Qəbələ”nin heyətində 2 debütant meydana çıxdı. Ruslan Tağızadə və braziliyalı Rafael Santos üçün səfər qarşılaşması yeni komandalarında ilk rəsmi görüş idi. 2005-ci ildə yaranan klubun tarixində bu oyunadək 163 futbolçu olmuşdu. Debütantlar bu rəqəmi 165-ə çatdırdı.
 
Ruslan bu siyahıya 90-cı yerli futbolçu kimi düşdü. Milliləşənlər də nəzərə alınmaqla 75-ci legioner olan Rafael isə həm də 10-cu braziliyalıdır. Müdafiəçiyədək Luis Hilario Dodo, Dieqo Kosta, Leonardo da Silva, Bruno Silva, Lorival Assis, Tyaqu Silva, Daniel Kruz, Erivelto, Bruno dos Anjos da “sambaçılar”ı “Qəbələ”də təmsil edib. Bununla da Braziliya “qırmızı-qaralar”ın heyətində təmsil olunan 29 ölkə arasında 1-ci yerə çıxıb: Braziliya – 10, Gürcüstan - 9, Serbiya, Rusiya, Ukrayna – hərəsi 6, Moldova, Rumıniya, Hollandiya, Seneqal – hərəyə 3, Bolqarıstan, Qvineya, Türkiyə, Sloveniya, Nigeriya, Polşa – hərəsi 2, Argentina, Bosniya və Herseqovina, İngiltərə, İran, Konqo, Latviya, Portuqaliya, Fil Dişi Sahili, Syerra Leone, Türkmənistan, Yamayka, Şotlandiya, Fransa, İsveçrə – hərəsi 1. 
 
Qeyd edək ki, Premyer Liqada oynamış futbolçuların sayı 149-a çatıb.
 
 
 
Səfərdə 50-ci qələbə
 
“Sumqayıt”ı rəqib meydanında məğlub edən “Qəbələ” tarixində 50-ci dəfə səfərdə qalib gəlib. Rəqib meydanlarında ümumilikdə 143 görüşə çıxan “qırmızı-qaralar” 35 heç-heçə edib, 58 dəfə isə məğlub olub. Yubiley qələbəsi Premyer Liqada rəqib meydanlarında əldə olunan 35-ci qalibiyyətdir. 9 dəfə birinci dəstədə, 6 dəfə isə kubokda komanda səfərdən qalib dönüb.
 
31-ci böyük hesab
 
“Qəbələ” tarixində 31-ci böyükhesablı qələbəni qazanıb. Bunadək 11 dəfə birinci dəstə, 4 dəfə Azərbaycan kubokunda belə qələbə əldə edən “qırmızı-qaralar” Premyer Liqada 16-cı zəfərini əldə edib. Çempionatda son belə qələbəsini 135 gün əvvəl qazanan Yuri Syominin yetirmələri ötən il sentyabrın 20-də “Rəvan”ı 3 cavabsız qolla keçmişdi. Premyer Liqada 6-cı dəfə rəqib meydanında böyükhesabla qalib gələn komanda sonuncu dəfə 70 gün əvvəl belə uğur qazanmışdı.
 
Premyer Liqada böyükhesablı qələbələr
 
2006/07 - 0
 
2007/08 – 1
 
2008/09 – 5
 
2009/10 – 1
 
2010/11 – 3
 
2011/12 – 3
 
2012/13 – 1 
 
2013/14 - 2
 
Premyer Liqada səfərdəki böyükhesablı qələbələr 
 
11.11.2007 Gənclərbirliyi (Sumqayıt) - Qəbələ 0:6
 
17.08.2008 MOİK (Bakı) – Qəbələ 0:3
 
14.02.2009 Muğan (Salyan) - Qəbələ 0:4
 
04.12.2010 MOİK (Bakı) – Qəbələ 0:3
 
03.03.2012 Rəvan (Bakı) - Qəbələ 0:4
 
02.02.2014 Sumqayıt – Qəbələ 0:3
 
 
 
 

Xəbər xətti