"İnter" hücumçusunu itirdi

00:20 - 4 Fevral 2014

Sxadadze "Rəvan"la oyunu buraxmalı olacaq
 
"İnter" Premyer Liqanın 20-ci turunda qarşılaşacağı "Rəvan"la matç öncəsi ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, Baçana Sxadadze bu matçda komandasına kömək edə bilməyəcək.
 
Buna səbəb, hücumçunun AZAL-la oyunda sarı vərəqə alıb vərəqə limitinə ilişməsi olub.

Xəbər xətti