"Atletiko"da şok itki

00:43 - 4 Fevral 2014

Vilya "Real"la oyunu buraxmalı olacaq
 
"Atletiko"nun aparıcı futbolçularından olan David Vilya İspaniya Kral Kubokunun yarımfinalında "Real"la keçiriləcək ilk qarşılaşmanı buraxmalı olacaq. 
 
Sportal.az xəbər verir ki, buna səbəb Madrid təmsilçisinin  La Liqada "Real Sosyedad"la keçirdiyi matçda təcrübəli forvardın zədələnməsidi.
 
İlk hissənin sonlarına yaxın sol ayağından ciddi zədə alan Vilya oyunu davam etdirə bilməyib və yerini Luis Qarsiyaya buraxmışdı.
 
AS nəşrinin verdiyi xəbərə görə, bu gün tibbi müayinədən keçəcək hücumçunun durumuna tam aydınlıq gələcək. 

Xəbər xətti