"Qırmızı-ağlar"ın yeni pleymekeri

22:21 - 4 Fevral 2014

"Araz Naxçıvan"da yeni futbolçu
 
İkinci dövrənin hazırlıqlarına ara vermədən davam edən "Araz-Naxçıvan" PFK yarımmüdafiə xətti üçün daha bir keçidi reallaşdırıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsümün ilk yarısını "Şuşa"da keçirən Tərlan Xəlilov komandaya cəlb olunub. 29 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.  Qeyd edək ki, 1984-cü il avqustun 27-də Bakıda doğulan Tərlan Xəlilov Azərbaycanın "Gənclərbiriliyi", "Bakı", "Rəvan", AZAL kimi komandalarında top qovub. 

Xəbər xətti