"Sumqayıt" yeni almanını təqdim etdi FOTO

00:16 - 5 Fevral 2014

Estoniya millsinin baş məşqçisi "Gənclik şəhəri"ndə
 
Məlum olduğu kimi, AFFA-nın İcraiyyə Komitəsinin 2013-cü il dekabrın 18-də keçirilmiş iclasında qəbul olunmuş qərarlardan biri də Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunması idi.
 
Sportal.az xəbər verir ki, fevralın 1-dən etibarən Frank Bernhardt (Almaniya) "Sumqayıt" Futbol Klubunda idman direktoru kimi işinə start verib.
 
26 avqust, 1969-cu ildə anadan olmuş adıçəkilən mütəxəssis 2005-ci ildə PRO kateqoriyasına yiyələnib. Frank "Sankt-Pauli" 2000-2006-cı illər ərzində mütəmadi olaraq U-17, U-19 və U-23 komandasının baş məşqçisi olub. O, 2007-ci ildən etibarən Estoniya Futbol Federasiyasında texniki direktor vəzifəsində çalışıb və həmin ölkənin U-19 və U-21 millilərini çalışdırıb. Frank son olaraq Estoniya Premyer Liqasında çıxış edən "Kalev" klubunun baş məşqçisi olub.

Xəbər xətti