Güclü qar "Qəbələ"nin məşqlərinə əngəl törətmir

14:15 - 5 Fevral 2014

Əyalət təmsilçisi "Qarabağ"la oyuna hazırlaşır
 
Premyer Liqanın 20-ci turunda "Qarabağ"la qarşılaşacaq "Qəbələ" oyunun hazırlıqlarını davam etdirir.
 
Sportal.az klubun saytına istinadən xəbər verir ki, güclü qarın yağmasına baxmayaraq, meydançaların mütəmadi təmizlənməsi hazırlıq prosesində heç bir problem yaratmayıb. Yuri Syominin rəhbərliyi altında baş tutan məşqlərə zədəsi olan Omar Kalabanedən başqa bütün futbolçular qatılıb.

Xəbər xətti