"Xəzər Lənkəran" - "Neftçi" oyunu canlı yayımda

15:15 - 5 Fevral 2014

Qarşılaşma "İdman Azərbaycan"da
 
Həftəsonu keçiriləcək "Xəzər Lənkəran" - "Neftçi" matçının heç bir kanal vasitəsi ilə canlı yayımlanmayacağı açıqlanmışdı.
 
Buna səbəb Cənub klubunun "İdman Azərbaycan" telekanalından yayım üçün pul tələb etməsidir.
 
Sportal.az idmanxeber.com-a istinadən xəbər verir ki, "Böyük oyun" böyük ehtimalla televiziya vasitəsi ilə canlı yayımlanacaq. 
 
Məlum qalmaqaldan sonra rəqib azarkeşlərin səfər oyunlarına getməmə qadağasına görə, PFL də bu oyun canlı yayımlanması üçün cəhd göstərir.

Xəbər xətti