"Araz Naxçıvan"da daha bir yenilik

00:16 - 6 Fevral 2014

Komandaya psixoloq cəlb olunub
 
Azərbaycan I Divizionunun ikinci dövrəsinin başlamasına az bir müddət qalmış "Araz-Naxçıvan" PFK-ya psixoloq cəlb olunub.
 
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytına açıqlamasına baş məşqçi Əsgər Abdullayev məlumat verib. O, çempionatda çıxış edəcək futbolçularının hazırlığı ilə yanaşı, həm də mənəvi-psixoloji durumunun da lazımi səviyyədə olmasının vacib olduğunu vurğulayıb. Buna görə, komandaya psixoloqun cəlb olunmasını məqsədəuyğun sayıb. Futbolçularla işləyəcək psixoloqun adı artıq məlumdu. Tanınmış psixoloq Dəyanət Rzayev bu həftə ərzində iki dəfə futbolçularla fərdi söhbət edib və "Bakılı" ilə matça kimi onun daha iki dəfə komanda üzvüləri ilə görüşəcəyi dəqiqdi.
Psixoloqun işi bununla yekunlaşamayacaq. Belə ki, qarşıdakı günlərdə o, baş məşqçinin müəyyən etdiyi vaxta yenidən futbolçularla fərdi olaraq görüşəcək.

Xəbər xətti