"Sumqayıt"da növbəti ciddi itki

01:52 - 6 Fevral 2014

Vurğun Hüseynov komandanı tək qoydu
 
"Sumqayıt" klubu ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, komandanın aparıcı futbolçusu Vurğun Hüseynov cəzalı duruma düşüb.
 
Belə ki, "Qəbələ" ilə oyunun 34-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Hüseynov vərəqə limitini doldurub və buna görə qarşıdakı turda keçiriləcək AZAL-la oyunda meydanda olmayacaq.

Xəbər xətti