"Fənərbaxça"nın cəzası ləğv olundu

00:46 - 7 Fevral 2014

Komanda azarkeşlərinə qovuşdu
 
Türkiyənin "Fənərbaxça" klubunun cəzası ləğv olunub.
 
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinə verilən 1 matç azarkeşsiz oynamaq cəzası Apellyasiya və Ekspert Komitəsinin qərarı ilə ləğv olunub. 
 
Qeyd edək ki, "Fənərbaxça" Türkiyə Superliqasında "Konyaspor"la matçda azarkeşlər xoşagəlməz şüarlar səsləndirdiyi üçün cəzalandırılmışdı.

Xəbər xətti