"Rəşad Sadıqov həm komandanın kapitanıdır, həm də dostumdur"

17:47 - 8 Fevral 2014

Qurban Qurbanov: "Rəqibi düzgün analiz edib, oyun qurmağa çalışdıq"

 

“Düşünürəm ki, yaxşı oyun oldu. Hər iki tərəf yaxşı oyun göstərdi. Azarkeşlər aktiv idi, əsl futbol ab-havası var idi. Vacib 3 xal qazandıq. Rəqibi düzgün analiz edib, oyun qurmağa çalışdıq."

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ" üzərində qələbədən sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Qurbanov bundan sonra hər bir oyunun vacibliyinə də toxunub: 

 

"Sürətli oyun keçdi, bu da onu göstərir ki, çempionat daha da canlanır, rəqiblər daha da güclənir. Hər bir oyun bizim üçün vacibdir. Bu səbəbdən ciddi olmalıyıq və sabit oyun göstərməyə çalışmalıyıq. Rəşad Sadıqov həm komandanın kapitanıdır, həm də dostumdur. Əsas heyətin hər bir oyunçusu olmayanda sıxıntı olur. Amma təcrübəli oyunçunun meydanda olması vacibdir. Onun meydanda olması komandanın xeyrinədir”. 

Xəbər xətti