"Düşünürəm ki, o, Ebesiliodan daha yaxşı oynadı"

17:54 - 8 Fevral 2014

Yuri Syomin: "Artıq 3 oyundur ki, “Qarabağ”a uduzuruq"

 

“Çox gərgin bir oyun keçdi. Bir səhvə yol verdik, o da qolla nəticələndi. Təkbətək epizodda qol vura bilmədik. Stadionda yaxşı futbol əhval-ruhiyyəsi var idi, meydan ideal vəziyyətdə idi."

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"a məğlubiyyətdən sonra "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib. Syomin Marat İzmaylovun çıxışına da şərh verib:

 

"Oyunçulara nəsə demək düzgün deyil, çünki hər biri ayrı-ayrılıqda qələbə üçün çalışdılar. Artıq 3 oyundur ki, “Qarabağ”a uduzuruq. Düşünürəm ki, bu oyunu əvvəlkilərə nisbətən daha yaxşı oynamışıq. Marat İzmaylov mükəmməl ötürmələr edirdi. Onun ötürməsindən sonra Mendi qapıçı ilə təkbətək çıxdı, amma yararlana bilmədi. Düşünürəm ki, o, Ebesiliodan daha yaxşı oynadı”. 

Xəbər xətti