"Hakim Pərdisi meydandan vaxtında uzaqlaşdırsaydı, bunların heç biri baş verməyəcəkdi"

14:39 - 9 Fevral 2014

Cavid Tağıyev: "Onlar birinci topu əks-hücumdan, ikincini isə penaltidən vurdular"
 
“Sumqayıt”la qarşılaşmada AZAL-ın heyətində meydanda ən yaxşılarından biri Cavid Tağıyev idi. “Təyyatəçilər”in gənc futbolçusu matçdan sonra oyunla bağlı fikirlərini Sportal.az-la paylaşdı:
 
“Bir sıra qol epizodlarını boşa verdik. Qapalı oynayan komandayla hər an belə qol fürsətləri yaranmır. Hardasa qolu tez vursaydıq, bu bizim xeyrimizə işləyə bilərdi. Demək olar ki, birinci hissənin son saniyələrində güclə hesabı açdıq. Onlar birinci topu əks-hücumdan, ikincini isə penaltidən vurdular."
 
Tağıyev hakim Elvin Əsgərovun idarəçiliyinə də fikir bildirdi:
 
"Əslində həmin epizodda penalti yox idi. Oyuna diqqətlə baxmısınızsa, ondan əvvəl hücumların birində Pərdis Fərzad-Azad topu əllə oynadığına görə hakim əks tərəfə cərimə zərbəsi təyin etdi. Maraqlısı odur ki, hakim əllə oynadığına görə qayda pozuntusu qeydə alır ancaq Pərdisə sarı vərəqə göstərmir. Əgər versəydi, artıq o ikinci sarıyla meydanı tərk edəcəkdi və “Sumqayıt” azlıqda qalacaqdı.
 
Ondan sonra nə baş verdi?. Pərdis penalti qazandı və özü də hesabı bərabərləşdirdi. O da şübhəli penalti idi. Oyuna əlavə olunmuş dəqiqələrdə yenə də eyniliyi ilə elə bir epizod qapımızda baş verdi. Əslində birinci epizodla müqayisədə ikincisi penaltiyə daha yaxın idi.Bu dəfə hakim əl jestləri ilə Pərdisin yerdən qalxmasını tələb etməklə yenə ona vərəqə gəstərmədi. Halbuki simuliyasiyaya görə vərəqə verilməliydi”. 

Xəbər xətti